Tələblər

Müəllim müasir kurikulumlar və yeni təlim strategiyaları əsasında pedaqoji prosesdə qarşıya qoyulan məqsədin uğurlu həllinə nail ola bilər. Həyata keçirilən kurikulum islahatında müəllimin peşəkarlığı məhz bu istiqamətdə artırılır. Təlimin təşkilinin mühüm forması olan dərs müəllimin malik olduğu bütün keyfiyyət göstəricilərini üzə çıxarır. Təsadüfi deyil ki, “Açıq dərs”lər keçirilir. Bu zaman aparılan müşahidələr nəticəsində müəllimin fəaliyyəti haqqında obyektiv mühakimələr yürütmək mümkün olur. Yeni təlim strategiyaları özündə üç mühüm komponentləri birləşdirir:

* Təlimin təşkilinə verilən əsas tələblər;
* forma və üsullar;
* təlim fəaliyyətinin planlaşdırılması.

Burada hər bir komponentin fəal dərsin təşkilində öz funksiyası vardır. Buna baxmayaraq, müəllim təlimin təşkilinə verilən aşağıdakı əsas tələbləri dərsdə reallaşdırmağa nail olmalıdır:

* Pedaqoji prosesin tamlığı;
* təlimdə bərabər imkanların yaradılması;
* şagirdyönümlülük;
* inkişafyönümlülük;
* fəaliyyətin stimullaşdırılması;
* dəstəkləyici mühitin yaradılması.

Pedaqoji-psixoloji yanaşmaların tətbiqi ilə bağlı zəruri motivasiyaların aparılmasına indi daha çox diqqət göstərmək vacibdir.

Uzun illər pedaqoji fəaliyyət zamanı şagirdlərin hazır bilikləri yaddaşda saxlamasına çalışmışıq.

Bir dərs nümunəsi üzərində təlimin təşkilinə verilən əsas tələblərin reallaşdırılması təcrübəsindən fikirləri çatdırmağı məqsədəuyğun sayıram.
Üçüncü sinif:

Mövzu: “Ceyran”

Mövzunun tədrisində təlim məqsədləri 2.2.1 “Oxuduğu şeirdəki bədii ifadələri izah edir” standartına müvafiq olaraq zəruri bilik və bacarığın aşılanması təmin edilməlidir.

Fəal təlimin mərhələlərinə uyğun həyata keçiriləcək didaktik funksiyaların imkanlarından istifadə olunmalıdır.

Bu məqsədlə tədris materialına daxil olan xalq şairi Səməd Vurğunun “Ceyran” şeirini şagirdlərin diqqətinə çatdırıram:

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb.
Yenə öz sürüsün nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?

Şeirdə olan digər misralardakı açar çözlərin mənası ilə yanaşı təbiət və canlı aləm təsvirləri şagirdlərin müstəqil fəaliyyəti üçün aydınlaşdırılır. Onlarda öyrədici, inkişafetdirici, tərbiyəedici məqsədlər kompleks şəkildə həyata keçirilir. Bununla da biz pedaqoji prosesin tamlığını reallaşdırmağı diqqətdə saxlamış oluruq. Təlim materialına öyrədici xarakter vermək o deməkdir ki, pedaqoji prosesin iştirakçıları (təhsil alanlar) “Ceyran” şeirinin məzmunu ilə əlaqədar zəruri bilik və bacarıqları müstəqil olaraq mənimsəyirlər. İnkişafetdirici amil kimi şagirdlərin şeirin hər bir parçası ilə əlaqədar baş verənləri təsəvvür etmək, estetik zövq, yaradıcı təfəkkürün formalaşması başa düşülməlidir.

Mövzunun tərbiyəedici təsiri dərk olunan hadisələrə doğru, düzgün münasibətin ifadə olunmasında özünü göstərir.

Sadə şəkildə şərh etdiyimiz pedaqoji prosesin tamlığı müəllimin həyata keçirtdiyi təlim işinin nəticəsinin diaqnostik göstəricisidir. Aparılan sorğular zamanı məlum olur ki, müəllim pedaqoji prosesin tamlığını təmin etmədikdə şagirdlərin idrak fəaliyyəti təfəkkürün inkişafına yönəlmir. Şeiri əzbər söyləyən şagird nə öyrəndiyini, hadisənin sərbəst şərhini onun əhəmiyyətini dərk etməlidir. Əks halda, hafizədə yüklənən informasiyalar faydasız olur.

Ənənəvi təlim zamanı şagirdlərin heç də hamısının fəallığını reallaşdıra bilməmişik. Kurikulumun tətbiqi ilk növbədə dərsdə iştirak edən şagirdlər üçün bərabər imkanların yaradılmasını vacib sayır. Bunun üçün beyin həmləsi təlim üsulundan istifadə etmək faydalı nəticə verir. Məsələn, şagirdlər fərdi olaraq dinlədikləri şeirdə ən çox diqqət göstərdikləri, marağında olduqları fikri bildirmək, nəyi isə soruşmaq və s.-dir. Sorğu zamanı aşağıdakı fikirlər daha çox səslənd:

* Meylini salıb çöllərə;
* ata-babadan məsəl qalmışdır;
* hüsnünə heyran;
* şöhrətin yayılıb hər yana ceyran;
* yay kimi dartılıb;
* sürüsünü nizamla düzüb;
* dişlərin mərcana oxşayır;
* baş alıb gedirsən və s. fikirlərin mahiyyətini dərindən öyrənmək arzusunu ifadə edən şagirdlərin yaradılan bərabər imkanlardan faydalandıqlarını aydın görmək olur.

Həyata keçirilən qısamüddətli psixoterinin şagirdlərin öz imkanlarını nümayiş etdirməyə, bərabərhüquqlu subyekt kimi iştirakı həyata keçirilir. Bu zaman onların pedaqoji prosesin mərkəzində dayanmaları, bütün tədris və təlim işində maraq və tələbatlarının öyrənilməsi, daxili imkanlarının inkişafına yönəlir. Şagirdyönümlülük kimi səciyyələnən bu proses şəxsiyyətin formalaşmasına istiqamətləndirilir, onların müstəqil həyata hazırlanmasına köməklik göstərir.

Şagirdlərin inkişafyönümlülük səviyyəsinin yüksəldilməsi üçün aşağıdakı strategiya üzrə idrak fəallığı yaradıram.

Şeirdən bir neçə obrazlı ifadə seçib lövhədə yazıram. Həmin ifadələrin cümlədə işlədilməsini tapşırıram. Şagirdlərin maraqlarını nəzərə alaraq şeirdən müstəqil olaraq obrazlı ifadə seçilməsinə imkan yaradılır.

Nəzərdə tutulan bacarıqların mənimsənilməsi şagirdlərin müstəqil fəaliyyət göstərmələri üçün zəmin yaradır.

Şagirdlərin fəaliyyətinin stimullaşdırılması pedaqoji prosesin tamlığında mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə şeirin əzbərlənməsi üçün yarış təşkil olunur. Belə bir üsulun tətbiqi şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilr. Müşahidə göstərir ki, şagirdlər verilən tapşırığın icrasında fəallıq göstərərək qarşılıqlı rəqabət nəticəsində hamılıqla müvəffəqiyyət qazanmağa çalışırlar.

Fəaliyyətin stimullaşdırılmasının psixoloji tələbinə uyğun olaraq zəif nəticə göstərən şagirdlər həvəsləndirilir.

Yaradılan dəstəkləyici mühit şagirdlərin mənəvi-psixoloji cəhətdən inamını artırır, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli təlim şəraiti yaradır.

Aparılan təhsildən aydın görünür ki, “Ceyran” şeiri təlim materialı olaraq şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm vasitədir. Təlimin təşkilinə verilən əsas tələblər məhz tədris olunan şeirin didaktik imkanlarına uyğun olaraq göstərildikdə gözlənilən nəticə alınır.

Qeyd olunan tələblərin əhəmiyyətli olması, eyni zamanda dərsin məqsədinin dəqiqliyi, təlim və tərbiyənin vahidliyi, tədris materialının düzgün seçilməsi, təlim metodlarından səmərəli istifadə olunması, dərsin təşkilinin dəqiqliyi kimi başlıca amillərdən çox asılıdır.

Kurikulumun tətbiqi müəllimin təlim məqsədinin düzgün müəyyənləşdirilməsini standartların reallaşdırılması ilə dəqiqləşdirir. Eyni zamanda şagirdlərin təlim nəticələrinin dəyərləndirilməsində meyarlara istinad olunmasına təminat verir.

“Ceyran” şeirindəki bədii ifadələri izah etmək təlim məqsədi olduğunu standarta (2.2.1) görə irəli sürülməsi fikrimizi bir daha sübut edir. Şagirdlərin motivasiya mərhələsində şeirdə işlədilən “süzmək” sözünün cümlələrdə müxtəlif mənalarda işlədilməsi ilə əlaqədar nümayiş etdirdikləri idrak fəallığı dərsin effektini artırır. Hər bir şagirdin təlim prosesində qazanmış olduğu nailiyyətlərini dəyərləndirmək üçün sıra nömrələrinə uyğun olaraq aşağıdakı cədvəldə qeyd olunan meyarlar tətbiq edilir: və s.

Qiymet

Qiymetləndirmə

Müşahidə əsasında bütün şagirdlər qeyd olunan meyarlar üzrə təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.

Mövzu ilə əlaqədar nəticə olaraq bildirmək istəyirik ki, informasiyalaşmış cəmiyyətdə şagirdlərn həyati bacarıqlara əsasən təhsillənməsi müasir təlim prinsiplərinin reallaşdırılması ilə mümkündür.