Dünya çempionatının Kubokunun əsli Azərbaycan prezidentinə təqdim edilib

Futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Görüşdə çıxış edən K. Karambo bildirib ki, Azərbaycanda olmaq onun üçün həqiqətən də şərəfdir: “Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

İ. Əliyev isə bunları deyib: “Çox sağ olun. Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək.

Bir cavab yazın